Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan qanunsuz olaraq Abxaziyaya gedib və Suxumda tələbələrlə görüşüb.
Yenisabah.az “SOVA News”a istinadla xəbər verir ki, Simonyan rus xalqı adından abxazlara 2001-ci ildə Gelayevin dəstəsini Soçiyə buraxmadıqlarına görə təşəkkür edib.
Simonyan beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) haqqında da tənqidi fikirlər səsləndirib. pizza
O bu təşkilatları öz siyasətlərini və dəyərlərini tətbiq etməyə çalışmaqda, həmçinin bəzi ölkələri müstəqillikdən məhrum etməkdə ittiham edib.
Xatırladaq ki, erməniəsilli jurnalistin bu açıqlaması sosial şəbəkələrin gürcü seqmentində birmənalı qarşılanmayıb.
Telegram kanalımız