Sinif yoldaşları ona qibtə edir -   SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Sinif yoldaşları ona qibtə edir - SƏBƏB

Sosial

16 Mart 2021 14:00 1467


Biləsuvar şəhər 4 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Məhərrəmli Gülü Həsən qızı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında ilkə imza atıb.

Belə ki, o, 10 yaşında artıq 5-ci sinifdə təhsil alır.

Yenisabah.az xəbər verir ki, Məhərrəmli Gülü "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirib. Dördpendirli pizza

O, öz yaşıdları arasında psixoloji dayanıqlılığı, qeyri-standart düşünmə bacarığı, tədris materiallarını asan mənimsəməsi, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnməsi ilə müəllimlərinin və məktəb rəhbərliyinin diqqətini cəlb edib.

 Müvafiq prosedurlar həyata keçirildikdən sonra 10 yaşlı Gülü Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu tərəfindən təkrar yoxlanılıb, ardınca ibtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə qərar qəbul edilib.  

Yaşının kiçik olmasına baxmayaraq, özünün müsbət keyfiyyətləri ilə hər kəsə nümunə olmağı bacaran Gülünün ən böyük arzusu həkim olmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!