"Dünyada nüvə silahından istifadə riski Soyuq müharibədən bəri ən yüksək həddə çatıb".
Yenisabah.az xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) rəhbəri Den Smit bildirib.
Təşkilatın hesabatında deyilir ki, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Hindistan, Pakistan, həmçinin İsrail və Şimali Koreya öz arsenallarını modernləşdirməyə davam edir. pizza mizza
"Nüvə silahlarına nəzarət və tərksilah sahəsində bəzi mühüm irəliləyişlərə baxmayaraq, nüvə silahından istifadə riski Soyuq müharibənin qızğın vaxtından bəri ən yüksək səviyyəyə çatıb", - deyə Smit qeyd edib.
Ekspertlərin proqnozlarına görə, yaxın onillikdə nüvə silahı ehtiyatları artacaq. Gözlənilir ki, mövcud tendensiya davam edərsə, tezliklə dünyada nüvə başlıqlarının sayı Soyuq Müharibədən sonra ilk dəfə artmağa başlaya bilər.
SIPRI-nin hesabatında vurğulanır: "2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər nüvə silahlarının ümumi sayı bir qədər azalsa da, bu rəqəmin növbəti onillikdə artacağı ehtimalı var".
Telegram kanalımız