Siyasi fəal Azərbaycana deportasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Siyasi fəal Azərbaycana deportasiya edildi

Siyasət

21 Aprel 2021 17:47 875


"Heykəl məhbusu" kimi tanınan Qiyasəddin İbrahimov Türkiyədən deportasiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda qeyd edilir ki, siyasi fəal heç bir əsas göstərilmədən deportasiya edilib. Sezar pizza

Xatırladaq ki, Qiyasəddin İbrahimov 2016-cı ildə hər il mayın 10-da doğum günündə keçirilən Gül bayramından öncə Milli Bankın önündəki parkda yerləşən mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarları yazıldıqdan sonra həbs edilmişdi.

Narkotik maddələrin dövriyyəsində ittiham edilmiş Bayram Məmmədov və Qiyasəddin İbrahimova 10 il həbs cəzası verilmişdi.

O, 2019-cu ilin martında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamından sonra azadlığa çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!