Dünən əfv olunmuş 625 nəfərin arasında 38 nəfər siyasi məhbus var.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Turan-a hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib. Onların arasında 2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş iğtişaşlarla bağlı mühakimə olunmuş 28 nəfər var.
Xalq Cəbhəsi Partiyasının 4 üzvü və onların arasında jurnalist Elçin İsmayıl da azad edilib. Sezar pizza
2018-ci ildə Gəncədə baş vermiş iğtişaşlar işi üzrə mühakimə olunmuş bir nəfər azad edilib.
Məktəbdə hicabın qadağan edilməsinə etiraza görə məhkum edilən İslam Partiyası üzvlərindən biri azadlığa çıxıb.
Digər bir siyasi məhbus isə xaricdə yaşayan siyasi mühacirin qohumudur.
Telegram kanalımız