Siyavuş Novruzovdan TƏKLİF - “Məhkəmələr də cərimələnsin“

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovdan TƏKLİF - “Məhkəmələr də cərimələnsin“

Siyasət

02 İyul 2021 14:08 877


“Məhkəmə cərimələnmə siyasətində maraqlı olacaq. Çünki bu cərimələr onun işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruz Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ikinci problem düzgün qərar çıxarmamaqla bağlıdır: “Bunun ziyanı vətəndaşa dəyir. Buna görə məhkəmələr cərimələnməlidir. Azərbaycandan AHİM-ə gedən işlərin çoxunda Azərbaycan hökuməti məhkəmənin düzgün qərar çıxarmamasına görə cərimə ödəyir. Əslində məhkəmə insanların haqlarını müdafiə etməlidir. Bu gün biz qəbul etdiyimiz bu layihə ilə yalnız məhkəmənin haqlarını müdafiə edirik, vətəndaşın yox...” pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!