“Solovyov da, Jirinovski də qulağının dibini görər...” –   Diplomatdan Vahabzadəyə dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Solovyov da, Jirinovski də qulağının dibini görər...” – Diplomatdan Vahabzadəyə dəstək

Siyasət

13 Avqust 2021 15:05 66931


“Solovyov da, Jirinovski də qulağının dibini görər ki, İsfəndiyar Vahabzadə cəzalandırılsın”.

Bu sözləri Yenisabah.az-a siyasi xadim, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Xeyrəddin Qoca deyib. Sabiq baş konsul bildirib ki, bu gün ölkədəki rusbaşlılar İsfəndiyar Vahabzadənin əleyhinə kampaniya başlatmaq qüdrətində deyillər:

“İsfəndiyar Vahabzadənin əleyhinə kampaniya başladıldığını düşünmürəm. Heç elə bir şeyin ola bilmə ehtimalı da yoxdur. Çünki kampaniya aparanların elə bir qüdrəti yoxdur ki, İsfəndiyar Vahabzadəyə cavab versinlər. Marqarita pizza

Bəli, doğrudur ki, İsfəndiyar Vahabzadə elə bir ifadə işlədib. Amma vaxtilə donuza oxşayan Jirinovski Azərbaycan xalqına qoyun deyib. Onda niyə demirdilər ki, Jirinovski Azərbaycan xalqını təhqir edib? Bu gün çıxış edən rusbaşlar onda niyə çıxış etmirdilər? Niyə demirdilər ki, Jirinovski, səni həbs etmək, 50 il Azərbaycana qoymamaq lazımdır?

Mən bu gün yazmışam ki, Jirinovski 100 il Azərbaycana gəlməsin. Bütün insanlar da mənlə razıdır, heç kim etiraz etməyib. Solovyov haqqında da yazmışam ki, donuz Jirinovskiyə oxşayan Solovyov kimdir ki, “İsfəndiyar Vahabzadə gəlsin, burada mühakimə olunsun”,-deyir?”.

Həmsöhbətimiz rusların Azərbaycana yanaşmasının həmişə bəlli olduğunu vurğulayıb:

“Azərbaycan Xarici İşlər Nazirliyi yazır ki, İsfəndiyar Vahabzadə bizim diplomat deyil. Amma reallıq odur ki, Xarici İşlər Nazirliyindən bunu soruşan yoxdur. XİN özünü sığortalayır və Rusiyanın qarşısında hesabat verir. Ayıb deyil?

İsfəndiyar Vahabzadə elə indi də diplomatdır. Onun diplomat rütbəsi hələ də qalır. Xarici İşlər Nazirliyi belə bəyanat yaymaqla savadsızlığını büruzə verir. İndi ki azad söz vaxtıdır, mən də öz fikrimi deyirəm.

Bir neçə gün əvvəl Jirinovski Azərbaycan xalqını aşağılayıb, təhqir və təhdid edib. “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramında Azərbaycan dövlətçiliyi və rəhbərliyinin ünvanına qərəzli və təhqiramiz fikirlər səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiya Federasiyasinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və bunu onun diqqətinə çatdırıb. Diqqətinə çatdırmaq isə azdır, nəsə iş görmək lazımdır ki, Jirinovski bir də bu addımı atmasın. Bu şeyləri etməmək bizim zəifliyimizi göstərib. Aydın  məsələydi ki, biz müvəqqəti işlər vəkilini döyəsi deyildik, onun diqqətinə çatdırmalıydıq, amma işi davam etdirmək lazım idi”.

Dilomat diqqətə çatdırıb ki, Rusiyanın bizə qarşı bu münasibətini İsfəndiyar Vahabzadə yaratmayıb:

“İsfəndiyar Vahabzadəyə heç min il də Rusiya lazım deyil. Heç bizə də lazım deyil, kimə lazımdırsa, onlar baş qoşsunlar. Biz dövlətçiliyi gözəl bilirik. İnsanlar İsfəndiyar Vahabzadəni təqdir edirlər. Onun əleyhinə kampaniya aparmaq istəyənlər Rasim Musabəyov kimilərdir. Onların babaları Qəzənfər Musabəyov, Əliheydər Qarayev Azərbaycan xalqının satqınları olublar. Musabəyovun Milli Məclisdə işi yoxdur. Bu rusbaşlılar rədd olub Azərbaycandan getməlidirlər. Rusların bizə nə xeyiri var axı? İndi də sülhməramlı adı ilə erməniləri bizə qarşı qaldırırlar, hücumlar edirlər. Elə sülhməramlılar da rədd olmalıdır”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • alfabetazet75@gmail.com
    onda bura şərh yazın deməyin,elə sizi rusun önünə atmaq lazımdır...
    5 years ago
  • Bəxtiyar
    R.Musabəyov kimiləri Rusiyanın köməyi ilə Milli Məclidə kök salıblar və ağalarının maraqlarını qorumağa məhkumdurlar...
    5 years ago
  • Elnur Isgandarov
    Esq olsun Isfendiyer beye. Esl millet sevenlerin ureyinde istedilerini dedi.
    5 years ago
  • Рахман
    Her hansi bir milleti tehqir etmek oz milletine hormeetsiziik demekdir!!!
    5 years ago
    • Məndur
      Məndur
      Jirinovski millətimizə qoyun deyə bilər?.Daha sizin kimilərə heç sözüm yoxdur.
      5 years ago  Like (0)
  • Rəhman
    Vahabzadə soyadı kifayətdir ki, jiriklər və yerli musiklər sussun. "Mollalar" və "mujiklər" yaman canfəşanlıq edirlər son vaxtlar. Ama unutmayın köhnə sözü: olsa da Bakıda bir neçə mujik, buranın sahibi həmişə bizik!
    5 years ago
  • Arif Suleymanov
    Jirinovskinin 3-4 il ömrü qalıb, cəhənnəmə rədd olub gedəcək. Bizim rusbaşların da səsini heç çıxaran günləri olmasın. Bəs dumada o boyda vəzifə tutan xoruzun boşboğazlığına, təhqirlərinə putin niyə reaksiya vermir? Deməli ortada şübhəli məqamlar var. Bunlara rusbaşlar yox, rus agentləri demək daha yerinə düşər, həm də SSRİ dövründən qalan qeyri millətlərin nümayəndələridir.
    5 years ago
  • Faiq İsmayilov
    Jrinovski Rusiyada siyasi lider və Dövlət xadimidir. Yəni sıradan biri deyil. Uzun illər onun Azərbaycan xalqı haqqında danışdıqları rus diplomatiyasının açıq mövqeyidir. Uzun illər Azərbaycan xalqı rus şovinizminə təhqirlərinə dözərək yaşayb. Lakin Vahabzadə kimi bir ziyalının bu səviyyədə cavabı göstərdi ki acı da olsa reallıq dəyişir. Rusiyanın və onların Azərbaycandakı şovinist düşüncəli adamları bununla barışmaq zorundadırlar.
    5 years ago
  • Mehman ALIYEV
    Tamamilə Xeyrəddin Qoca ilə razıyam.
    5 years ago
  • Mahmud Mammadov
    Milli qürur tapdanmamalıdlr. Bir- birimizi qırmayaq, amma fikirlə tam razıyam. Rus bizi təhqir edə bilər, biz onu yox. Niyə? Suyumuz verir, çörəyimizi verir, bizə kömək edir? Daima işimizə əngəl olur. Rusiyadakı azərbaycanlılara görə qorxursunuz? Niyə? Bizi təhqir edəndə onlar hardaydın? Əsa odur ki, onların alveri getsin, pulları gəlsin, millət olar da olmaz da. Onda bizə də elə millət nümayəndələri lazım deyil. Mənim oğullarım cəbhədə döyüşsün, evsiz qaldı, eşşəyin biri Rusiyada pul qazansın, burada da evi olsun? Yox, getsin yaltaqlandlğl rus ağqulaqnab yaşasın, onsuz da onların çoxu azərbaycanlıdır yalnız pasportda saxlayıblar.
    5 years ago