SON DƏQİQƏ: Bu şəxslər Qarabağa buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Bu şəxslər Qarabağa buraxılmayacaq

Sosial

09 Avqust 2024 09:11 4116


Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar. 

Yenisabah.az "Xəzər TV"yə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilir ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq. 

Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov deyir ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa təşkil olunan turlarda bu xəbərdarlığı qeyd etmək şərt olub.  Dördpendirli pizza

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir. 

Daha ətraflı videomaterialda: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!