SON DƏQİQƏ! İran qisas əməliyyatlarına başlayır 

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! İran qisas əməliyyatlarına başlayır 

Dünya

08 Aprel 2024 14:00 815


İsrail ordusunun aprelin 1-də Dəməşqdəki İran konsulluğunu bombalamasından sonra cavab addımı atacağına söz verən İrandan yeni açıqlama gəlib. 

Musavat.com İranın “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri artıq təhlükəsiz deyil”.

İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri ötən gün verdiyi açıqlamada cavabın doğru zamanda və yerdə veriləcəyini, düşməni etdiyi hərəkətdən peşman edəcəklərin bildirib: "Qisas üsulunu biz müəyyən edəcəyik". pizza

Digər tərəfdən, dünən İsrail müdafiə naziri Yoav Gallantın ofisindən verilən açıqlamada İsrail ordusunun İranla baş verə biləcək hər hansı bir ssenari ilə mübarizə üçün hazırlıqlarını tamamladığı bildirilib.

"Jadeh İran"a danışan adı açıqlanmayan diplomatik mənbənin verdiyi məlumata görə, İran ABŞ-a göndərdiyi mesajda Qəzzada atəşkəs əldə olunarsa, cavab hücumundan əl çəkəcəyini bildirib.

"Əgər ABŞ vəziyyəti nəzarət altına almağı bacarsa, bu, Bayden administrasiyası üçün böyük uğur olacaq və biz bunun üzərində dayana bilərik" - mənbə bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!