SON DƏQİQƏ: Oktyabrda bu məhsullar bahalaşacaq 

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Oktyabrda bu məhsullar bahalaşacaq 

Sosial

01 Oktyabr 2024 17:34 780


Arxada qoyduğumuz yay fəsli mövsümi meyvə və tərəvəzlərin qıtlığı, bahalığı ilə müşahidə olundu. Hətta ilk dəfə olaraq, xaricdən ölkəyə pomidor idxal edildi. İnsanlar arasında sözügedən tendensiyanın payız məhsulları zamanı da davam edəcəyinə dair narahatlıq var. 

Bəs görəsən, qarşıdakı aylarda bizi qiymətlərlə bağlı nə gözləyir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu yay qıtlığın olmasının əsas səbəbi anomal hava şəraiti ilə bağlı idi:  pizza sifarişi

“Bu yay məhsulların qıtlığı və baha olması əsasən, ötən illərlə müqayisədə havanın əlverişsiz keçməsi ilə bağlı oldu. Dolu, intensiv yağışlar və güclü külək kənd təsərrüfatı ilə məşğul olanlar üçün “çağrılmamış qonaq”dır. Ağacların çiçəkləyən, otun biçilən vaxtında havanın bu cür anomal keçməsi məhsuldarlığa ciddi ziyan vurur”. 

Ekspertin fikrincə, yay aylarında bazarlarda müşahidə olunan tendensiya payızda da davam edəcək: 

“Hazırda payızda da eyni vəziyyəti müşahidə edirik. Payızda yetişən meyvə və tərəvəzlərin də vegetasiya dövrü məhz yaz aylarından başlayır. Sözsüz ki, yayda yetişən meyvə-tərəvəzlərə dəyən ziyan payız bitkilərinə də təsirsiz ötüşməyəcək. Fikir versək, bazarda demək olar ki, bütöv üzüm salxımı tapmaq mümkünsüzdür. Salxımların hamısı fraqmentlərdən ibarətdir. Bu digər meyvələrdə də özünü göstərir. Məsələn, narın, almanın məhsuldarlığı aşağı olacaq. Çərəzlərdə belə ötən illərə nisbətən qıtlıq gözlənilir. Belə olan təqdirdə qiymət artımı da baş verəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!