SON DƏQİQƏ! SEPAH hədəf alındı - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! SEPAH hədəf alındı - Ölənlər var

Dünya

13 Noyabr 2023 15:13 767


ABŞ Suriyanın şərqindəki İran silahlı qüvvələrini hədəfə alır. 

Musavat.com xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, bazar günü gecə ABŞ hava hücumları Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus əraziləri hədəf alıb.

Fox News-un müxbiri Cennifer Qriffinin sözlərinə görə, ABŞ-ın Suriyanın şərqinə hücumu zamanı 6-7 iranpərəst döyüşçü öldürülüb. Qriffin Pentaqondakı mənbəyə istinadən bildirib ki, iki partlayışdan birində İranın təhlükəsiz evinə zərbə endirilib. pizza mizza

Hücumlardan birinin Deyr əz-Zor əyalətindəki Albu Kamalın qərbində iranpərəst milislərin idarə etdiyi düşərgəyə, digərinin isə İraq sərhədinə yaxın olan Mayadin şəhəri yaxınlığına edildiyi bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!