SON DƏQİQƏ! Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatır

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Xəzərdə dalğanın hündürlüyü 3.8 metrə çatır

Sosial

15 Avqust 2024 11:33 806


Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Xidmətdən “Yeni Sabah”a verilən məlumata görə, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19, Qəbələ, Oğuzda 11, İsmayıllı, Xaltanda 7, Goranboyda 6, Göygöl, Naftalanda 5, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan və Şəkidə 4 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.

Əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında saniyədə 19, Beyləqanda 18, Şirvanda 15 metrədək güclənib. Dördpendirli pizza

Neft daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə avqustun 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!