Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş naziri Ofisinin son birgə razılaşması ciddi nailiyyətdir.
Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, bu razılaşma üçüncü tərəfin iştirakı olmadan əldə olunub: Toyuqlu pizza
“Bu istiqamətdə növbəti addım, yaxud sülh sazişi ilə bağlı baxışımıza gəlincə, noyabrın 30-da sərhəddə delimitasiya komissiyalarının görüşü olub. Görüşlərin reqlamenti ilə bağlı razılaşmalar əldə olunub. O cümlədən Ermənistan sülh sazişi ilə təkliflər paketini təqdim edib. Bunların hamısı nəzərə alınsa, bir nikbinlik var. Bu addımlarla çox vacib, mürəkkəb məsələni, neqativ tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycanın yanaşması aydındır. Ermənistan Azərbaycanın legitim maraqlarına, beynəlxalq hüquqa hörmət bəsləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.
Telegram kanalımız