“Sovetski”dən köçürülməyə görə kompensasiyanın artırılması təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

“Sovetski”dən köçürülməyə görə kompensasiyanın artırılması təklif olunur

Sosial

16 Mart 2021 16:24 721


“Yasamalda “Sovetski” adlanan ərazidə müəyyən quruculuq işləri görülüb, park salınıb, insanların istifadəsinə verilib. Ancaq müəyyən problemlər qalmaqdadır”.

Yenisabah.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, ərazidən hələ də köçməmiş bəzi vətəndaşlar verilən kompensasiyanın az olduğunu deyirlər: “Biz Yasamalı təmsil edən üç deputat vətəndaşlarla görüşürük. Onlara verilən kompensasiyanın artırılması mümkündürsə, bunu edə bilərikmi? Çünki dövlətin siyasətinin əsas prioriteti vətəndaş məmnunluğudur. Bu problemin kökündən həll edilməsi mümkündürmü?”. (APA) Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!