“Soyqırımı”nın tanınması bölgə üçün faydalı olmayacaq –   Səfir

saytların hazırlanması

Evə çatdırılma

“Soyqırımı”nın tanınması bölgə üçün faydalı olmayacaq – Səfir

Siyasət

22 Aprel 2021 10:48 709


“ABŞ prezidentinin “erməni soyqırımı”nı tanıması Ermənistan və Türkiyə arasındakı normallaşmaya kömək etməyəcək”.

Yenisabah.az “Wall Street Journal”a istinadla xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib. “Vaşinqtonda “soyqırımı” tanıma bəyanatı Ermənistan və Türkiyə arasındakı normallaşmaya kömək etməyəcək. Bu, bölgə üçün faydalı olmayacaq”.

Qeyd edək ki, Bayden administrasiyasındakı adlarının açıqlanmasını istəməyən mənbələrin sözlərinə görə, aprelin 24-də prezident Co Bayden Birinci Dünya müharibəsi əsnasında baş vermiş “erməni soyqırımı”nı rəsmi olaraq tanıyacaq. Sezar pizza

Ağ Evin sözçüsü Cen Psaki administrasiyanın bu mövzuda bəyanat yayacağını bildirib, ancaq detalları açıqlamayıb.

Bu, Türkiyə-ABŞ ikitərəfli münasibətlərinə ciddi ziyan vurma ehtimalı olan bir addım ola bilər.

Xarici işlər naziri Mevlut Çavuşoğlu da aprelin 20-də “Habertürk” televiziyasına verdiyi açıqlamada Baydenin “erməni soyqırımı”nı tanımasının ikitərəfli əlaqələrə zərər verəcəyini bildirib.

İstanbuldakı “EDAM” düşüncə mərkəzinin rəhbəri Sinan Ulgen də oxşar rəyi bölüşüb. Qondarma soyqırımına təpki olaraq Türkiyənin bir çox əks-tədbirlərlə yanaşı, ABŞ-dan idxala qeyri-rəsmi maneələr yarada biləcəyini söyləyən keçmiş türk diplomatı əlavə edib: “Türkiyə əhalisi tarixin bu səhifəsində baş verən faciələrin yalnız ermənilərə deyil, Balkanlarda etnik təmizləmlə üzləşən türklərə də şamil olunduğunu düşünür”.

Xatırladaq ki, 2019-cu ildə ABŞ Nümayəndələr Palatası “XX əsrin əvvəllərində Osmanlı İmperiyası dövründə erməni soyqırımı”nı səs çoxluğu ilə tanıyan qətnamə qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!