“Mən Rusiya müdafiə naziri Sergey Şoyqunun Rusiyanın Qarabağdakı sülhün qarantı olma barədə fikirlərdən fərqli nəticələr çıxarmağın tərəfdarı deyiləm”.
Bu sözləri Yenisabah.az-a açqılamasında politoloq Oqtay Qasımov deyib.
O, sözügedən bəyanatı Moskvanın Azərbaycan-Ermənistan danışıqlarında qarant olma ehtimalını şərh edib: Marqarita pizza
“Onsuz da Rusiya hər zaman qeyd edir ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasında iştirak edən əsas ölkədir. Çünki tərəflər arasında imzalanmış üçtərəfli bəyanat var və bəyanatın şərtlərinə görə, Rusiya moderator və vasitəçidir. Moskva bu istəyini heç vaxt gizlətməyib və bu gün də həmin mövqedə qalmaqdadır”.
O. Qasımovun qənaətinə görə, S. Şoyqunun bu açıqlaması sülhdən daha çox hazırda “Rusiya sülhməramlıları nə ilə məşğul olur” sualına cavab olaraq deyilib, çünki Şoyqu Rusiyanın müdafiə naziri olsa da, siyasi şəxs deyil və onun fikirləri, siyasi məna daşıya bilməz:
“Azərbaycanın maraqları ondan ibarətdir ki, Ermənistanla ikitərəfli danışıqlar aparaq, birbaşa görüşək və yekun müqaviləni vasitəçilərsiz imzalayaq. Yaxud da Tbilisi də Gürcüstanın vasitəçiliyi ilə görüş keçirilə bilər. Çünki hansısa qarant ölkənin bu prosesdə iştirakı gələcəkdə müəyyən problemlərin qalması deməkdir. Vasitəçi və təminatçı olmaq istəyən ölkələr bir formada özünün maraqlarını təmin etməyə çalışır və onlar sülhdən daha çox həmin ölkələr üzərində öz təsirini saxlamaq və maraqlarını həyata keçirmək istəyirlər. Ona görə də əsas ikitərəfli, heç kimin iştirakı olmadan imzalanacaq sənəddir.
Qarant olmaq istəyən dövlətlər qismində Aİ, ABŞ və Rusiya mövcuddur. Doğrudur, bunlardan ikisi Qərb formatı hesab olunur və onlar koordinasiya şəklində fəaliyyət göstərir, o cümlədən Rusiya formatını kənarda saxlamaq istəyirlər. Qərb bunu Ermənistan vasitəsilə həyata keçirməyə müvəffəq olub, - deyə bilərik. Amma son günlər Ukrayna cəbhəsində yaranmış vəziyyət durumu müəyyən qədər dəyişib”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız