Son 6 ayda Ukrayna ordusunun itkiləri 125 min nəfəri və 16 min silah-sursatı keçib.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının döyüş qabiliyyəti xeyli zəifləyib. Sezar pizza
"Ukraynada ümumi səfərbərlik, Qərb silahlarının tədarükü və Ukrayna komandanlığının strateji ehtiyatlarının döyüşə daxil edilməsi döyüş meydanındakı vəziyyəti dəyişmədi", - deyə Rusiya müdafiə naziri qeyd edib.
Onun sözlərinə görə, bu hərəkətlər yalnız Ukrayna hərbçiləri arasında itkilərin sayını artırıb.
Telegram kanalımız