Şri-Lankada fillər onlarla insanın ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Şri-Lankada fillər onlarla insanın ölümünə səbəb oldu

Dünya

06 Dekabr 2023 07:48 557


2023-cü ilin ilk 11 ayı ərzində Şri-Lankada fillər 169 nəfərin ölümünə səbəb olub, bu da son illərdə rekord göstəricidir.

Bu barədə ölkənin Vəhşi Təbiətin Qorunması üzrə Departamenti məlumat verib.

Müvafiq şöbənin araşdırmasına görə, bu il 449 fil ölüb ki, bu da bütün zamanların ən yüksək göstəricisidir. Heyvanların əsasən elektrik cərəyanı, odlu silah, eləcə də filləri öldürmək üçün xüsusi olaraq kustar üsulla hazırlanmış “Hakka Patas” bombaları, həmçinin zəhərlənmə və qəzalar nəticəsində öldükləri qeyd edilir. Pepperoni pizza

İyunun ortalarında dərc edilən araşdırmanın nəticələrinə görə, insanlar fillərin yaşayış sahəsinin təxminən 70%-ni zəbt ediblər. Əhali arasında ən çox ölüm halı ölkənin cənub-şərq bölgəsində müşahidə olunur.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!