Stoltenberq: “NATO Putinə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib”

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq: “NATO Putinə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib”

Dünya

19 İyun 2022 10:30 1104


“NATO Rusiya Prezidenti Vladimir Putinə nüvə müharibəsinə başlamamaqla bağlı xəbərdarlıq edib”. 

“Report” xəbər verir ki, bunu “Bild” nəşrinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.

"Rusiyanın nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Bununla belə, Rusiya tərəfindən nüvə silahlı ilə cingildəmə təhlükəli və məsuliyyətsizdir. Putin bilməlidir ki, nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt aparıla bilməz. Rusiyaya açıq mesajımız budur: - NATO bütün üzv dövlətləri müdafiə edir", - NATO baş katibi deyib. pizza sifarişi

Stoltenberq həmçinin etiraf edib ki, Ukraynada müharibə illərlə uzana bilər, buna görə də ona dəstək dayandırıla bilməz. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!