Sülh müqaviləsi niyə yubanır? - Ermənilərin çirkin niyyəti üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Sülh müqaviləsi niyə yubanır? - Ermənilərin çirkin niyyəti üzə çıxdı

Siyasət

13 Sentyabr 2023 16:56 1349


“Əslində, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ortadadır. Əgər ermənilər ənənəvi qaydada Azərbaycan dövlətinin müvafiq strukturlarının və təmsilçilərinin söylədiklərindən heç nə anlamırlarsa, bu, artıq onların problemidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbəhsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib. 

E.Mirzəbəyli bildirib ki, Ermənistanın irəli sürdüyü iddia və təkliflərin heç biri onların nə verdiyi bəyanatlara, nə mövcud reallıqlara, nə də Azərbaycanın suveren hüquqlarına uyğun gəlmir: pizza

“Azərbaycan öz ərazisində yaşayan ermənilərə ölkənin digər vətəndaşlarına verdiyi təminatı verir. Bu da onların təhlükəsizliyinin, eyni zamanda normal sivil həyatının təminatı altına alınması deməkdir”. 

“Ermənilər isə onlara hər hansı bir aidiyyəti olmayan və özlərinin belə Azərbaycanın tərkib hissəsi kimi tanıdıqları Qarabağ ərazilərində yaşayan ermənilərlə bağlı müddəanın yekun sülh sənədinə salınmasını istəyirlər. İrəvan orada hansısa beynəlxalq təhlükəsizlik mexanizmlərinin də yer almasını istəyir ki, gələcəkdə Azərbaycan ərazilərinə hər hansı bir xarici müdaxilə üçün müəyyən imkanlar yaratsın”, - deyə BAXCP funksioneri qeyd edib. 

Siyasi təhliçliyə görə, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin Azərbaycan ərazilərinə heç bir aidiyyəti yoxdur:

“Bu aspektdən də ermənilər əvvəlcə başa düşməlidirlər ki, bütün bu əsassız iddialar və mülahizələr, nəticə etibarilə, onlarla hər hansı bir formada sülh müqaviləsinin imzalanmasına mane olacaq. Biz sülh olmayan şəraitdə yaşamışıq, torpaqlarımızı işğaldan azad etmişik və bundan sonra da uzun illər boyu Ermənistanla sülh imzalamadan yaşaya bilərik. Bunun da ən ağır şərtləri məhz İrəvanın üzərinə düşəcək”. 

“Yox, əgər problemin kökündən həlli ilə bağlı söhbət gedirsə, o zaman Ermənistan Azərbaycanla imzalanacaq sülh müqaviləsində rəsmi Bakının irəli sürdüyü və beynəlxalq hüququn normal və prinsiplərini əks etdirən müddəalar əsasında məlum sənədi imzalamalı və mifik, əfsanəvi yanaşmalardan əl çəkməlidir. Bu baxımdan da tövsiyə edirəm ki, Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Sarkis Xandanyan özünü axmaqlığa qoymasın. Çünki onlar çox yaxşı bilir ki, məsələnin kökündə nə dayanır”, - o, aydınlaşdırıb. 

“O ki qaldı sülh danışıqlarının birdən-birə kəsilib müharibə ritorikasının başlamasına, bunun səbəbi xarici amillər, faktorlar, bölgəyə üçüncü dövlətləri cəlb etmək üçün Paşinyan iqtidarının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi faktıdır. Ermənistanın yenə də ümid bəsləməsin ki, beynəlxalq situasiya nə zaman onların xeyrinə dəyişəcək və onlar yenidən regionda özlərinin əsassız iddialarını irəli sürəcəklər. Buradan qaynaqlanan əsas amil isə prosesi uzatmaq niyyətidir. İrəvanın ənənəvi təxribatlarının təməlində məhz bu faktlar dayanır”, - siyasi şərhçi fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!