Rusiya Ermənistanla Qarabağda sülhməramlılar məsələsini müzakirə etməyib.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir: Dominos pizza
“İndi doğrudan da, Rusiya sülhməramlıları de-fakto və de-yure Azərbaycan ərazisindədirlər, bunu Ermənistanın baş naziri Nikol Paşinyan tanıyır. Onların sonrakı qalma rejiminə və bununla bağlı bütün üsullara gəlincə, əlbəttə, bu, Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Əlbəttə, Rusiya Federasiyası erməni dostları ilə əlaqələri davam etdirəcək”.
Kreml nümayəndəsi aydınlaşdırıb ki, Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin yerinin dəyişdirilməsinin mümkünlüyü məsələsi müzakirə olunmayıb.
Telegram kanalımız