Sülhməramlılar Qarabağda Azərbaycanla birgə 14 post yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar Qarabağda Azərbaycanla birgə 14 post yaratdı

Siyasət

10 Oktyabr 2023 17:06 4539


Rusiya sülhməramlı kontingenti qan tökülməsinə yol verməmək, təhlükəsizliyi təmin etmək və dinc əhaliyə qarşı humanitar hüquq normalarına riayət etmək məqsədilə Dağlıq Qarabağ ərazisində öz vəzifəsinin icrasını davam etdirir. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə sülhməramlıların 9 oktyabr tarixli məlumat bülletenində deyilir.

Xəbərdə qeyd olunur ki, əsasən, Dağlıq Qarabağın silahlı birləşmələrinin təhvil verdikləri hərbi sursat, silah, hərbi və xüsusi texnika anbarları qorunur. Toyuqlu pizza

Belə ki, "Şimal" (7 post) və "Cənub" (18 post) məsuliyyət zonalarında 25 keşikçi postu var,  onlardan 14-ü Azərbaycan tərəfilə birgə fəaliyyət göstərir.

Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağın yaşayış məntəqələrinə elektrik və qaz təchizatının bərpası üzrə işlər davam edir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!