“Sülhməramlılarımız yenə hansısa qaynar nöqtəyə göndərilə bilər“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılarımız yenə hansısa qaynar nöqtəyə göndərilə bilər“ - Deputat

Siyasət

26 Avqust 2021 11:38 1277


ABŞ və Qərb koalisiyasının Əfqanıstanda 20 illik missiyası avqustun 31-də başa çatır. Ötən iki çərəkdə Azərbaycan NATO-nun Əfqanıstan kampaniyasına logistik yardım göstərib və bu, rəsmi Bakının daim vurğulanan NATO ilə yeganə, həm də mühüm əməkdaşlıq nöqtəsi olub. Bəs bundan sonra NATO ilə əməkdaşlıq hansı çərçivədə davam edə bilər?

Yenisabah.az-a mövzunu şərh edən Milli Məclis deputatı Aydın Mirzəzadə Azərbaycanın Qoşulmama Hərəkatının (QH) üzvü olduğunu diqqətə çatdırıb:

“Azərbaycan nəinki bu Hərəkatın nəinki üzvüdür, hətta artıq 2 ildir ki, onun sədridir. QH-yə üzvlük isə hər hansı hərbi bloka üzvlüyü istisna edir. Lakin Azərbaycan dünyada mövcud olan hər iki hərbi blok - NATO və KTMT ilə normal münasibətlərə malikdir. Bu isə Azərbaycanın milli maraqları, ərazi bütövlüyü, beynəlxalq birlikdə sabitlik uğrunda mübarizə aparma prinsipləri üzərində qurulan münasibətlər toplusudur”. Dominos pizza

Politoloq NATO ilə əməkdaşlığın təkcə sülhməramlı qüvvələrin dünyanın bu və ya digər qaynar bölgəsinə göndərməkdə logistik dəstəklə bitmədiyini də vurğulayıb:

“Bizum başqa sazişlərimiz var, NATO-nun qərargah təlimlərində iştirak edirik. Azərbaycan zabitləri və texniki heyəti vaxtaşırı NATO-nun təşkil etdiyi bu və ya digər kurslarda öz biliklərini artırır. Həmçinin mütəmadi siyasi məsləhətləşmələr aparılır. Prinsip etibarilə əməkdaşlığımız bundan sonra da davam edəcək. Əgər gələcəkdə ehtiyac olarsa, Azərbaycan yenidən NATO xətti ilə hansısa qaynar bölgəyə sülhməramlısını göndərər. Bu isə ərazidə vəziyyət diqqətlə öyrənildikdən və Azərbaycanın maraqlarına uyğun gəldiyi məlum olduqdan sonra baş verə bilər”.         

Millət vəkili Azərbaycan sülhməramlılarının Əfqanıstandakı 20 illik fəaliyyətindən də söz açıb:

“Əsgərlərimiz Əfqanıstanda Azərbaycanın adına yaraşan şəkildə fəaliyyət göstərdilər. Artıq 20 ildir ki, bu xidmət həyata keçirilir. Minlərlə Azərbaycan gənci, zabiti orada çətin vəziyyətdə qulluq göstərib, lakin 20 il ərzində nə qulluq, nə yerli əhali ilə bağlı bircə dəfə belə insident baş verib. Bu günlərdə isə bir əfqan körpəsini xilas etmək üçün Azərbaycan əsgərlərinin göstərdiyi fədakarlıq hazırda dünya KİV-nin diqqətindədir.

Prinsip etibarilə Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bundan sonra isə tərəflər arasındakı münasibət mövcud sazişlər və ikitərəfli müzakirələrdən ortaya çıxan razılıqlardan asılıdır”.

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!