Sülhməramlıların ermənilərdən yığdığı bütün silahlar Azərbaycana təhvil veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlıların ermənilərdən yığdığı bütün silahlar Azərbaycana təhvil veriləcək

Siyasət

23 Sentyabr 2023 10:37 1448


Artıq Qarabağdakı separatçı hərbi dəstələrin tərkisilah edilməsinə başlanılıb. Proses antiterror tədbirlərinin dayandırılmasına dair razılaşmaların icrası məqsədilə Rusiya hərbi qulluqçularının nəzarəti altında həyata keçirilir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən ehtiyatda olan mayor Ədalət Verdiyev yığılan bütün silahların Azərbaycanda qalacağını deyib:

"Silahların separatçı hərbi dəstələrdən yığılması prosesi davam edir. Bu silahlar Azərbaycan tərəfində qalacaq. Onların hamısı Azərbaycanın qənimətləri hesab olunur. Bütün silahlar, texnika və avadanlıqlar Azərbaycana təhvil veriləcək". Toyuqlu pizza

Qeyd edək ki, sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!