Sumqayıtda polisin narkotik əməliyyatı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda polisin narkotik əməliyyatı - VİDEO

Kriminal

30 Yanvar 2025 09:32 315


Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət əməlinə görə məhkum edilmiş 44 yaşlı Renad Sultanov saxlanılıb.

Yenisabah.az xəbər verir ki, ondan 14 kiloqrama yaxın narkotik vasitələr olan marixuana və heroin, həmçinin 79 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. 

Bu şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əvvəlcədən müəyyənləşdirilmiş xüsusi komuflaj edilmiş yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.  pizza sifarişi

Faktla bağlı araşdırmalar aparılır. 

R.Sultanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!