Suraxanıda əməliyyatlar keçirilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub, 54 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
“Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar. pizza sifarişi
Qaraçuxur qəsəbəsində “Chevrolet” və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar.
Faktlarla bağlı Suraxanı RPİ-də araşdırmalar davam etdirilir.
Telegram kanalımız