Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə təhsil müəssisələri tərəfindən Vətən Müharibəsi şəhidlərinin ailələrinin və yaralı hərbiçilərin diqqətdə saxlanılaraq ziyarət olunması istiqamətində işlər davam etdirilir.
Yenisabah.az xəbər verir ki, ötən gün 114 №li tam orta məktəbin kollektivi Vətən müharibəsində yaralanmış hərbiçilərimiz, Əmircan qəsəbə sakinləri Hüseynov Ülvi Məsum oğlunu və Fətullayev Məhəmməd Rövşən oğlunu ziyarət edərək onların səhhəti və problemləri ilə maraqlanıb və ailələrə ərzaq yardımları göstəriblər.
Telegram kanalımız