Suriyada zəlzələ qurbanların sayı 111-ə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.
“Hələb, Latakiya, Hama və Tartus əyalətlərində 111 nəfər ölüb, 516 nəfər yaralanıb”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl 42 qurban və 330-dan çox yaralının olduğu məlum idi.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık rayonunda baş verən 7.4 bal gücündəki zəlzələ ətraf ölkələrə, əsasən də Suriyaya təsir edib.
Telegram kanalımız