“Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir” - Dövlət Komitəsinin sədri

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa Bəyannaməsi yeni bir dirilişin müjdəsidir” - Dövlət Komitəsinin sədri

Siyasət

15 İyun 2021 20:41 748


"Milli Qurtuluş Günü imzalanan Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi yeni bir dirilişin, yenidən doğuluşun müjdəsidir".

Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Şuşa Bəyannaməsindən danışan Dövlət Komitəsinin sədri deyib: Marqarita pizza

"Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir".

Qeyd edək ki, iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!