Qarabağdakı erməni separatçıları bu gün Şuşa rayonunun Sarıbaba kəndini tərk ediblər. Özünü həmin kəndin rəhbəri adlandıran Artak Akopyan hazırda yaşayış məntəqisinin müdafiəsiz qaldığını açıqlayıb. “Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə şayiələr dolaşır. Ancaq indi baş verən şey hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də mövqelərində qalmasıdır”, - deyə Akopyan qeyd edib.
Məlumdur ki, üçtərəfli sazişə uyğun olaraq Ermənistan ordusuna məxsus bütün hərbi birləşmələri Qarabağdan çıxarılmalı idi. Lakin ötən 9 ayda onların nəinki ərazilərimizi tərk etməsinə rast gəlinibməyib, hətta dəfələrlə atəşkəsi pozması qeydə alınıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı diqqətə çatdırıb ki, ermənilər, xüsusilə də separatçılar son zamanlar Şuşa ətrafında məkrli plan həyata keçirirlər: pizza
“Onlar Muxtarkənd və Şuşakənddə post qurmuşdular, sülhməramlılar da buna göz yummuşdu. Həmin iki kənddə ermənilər yaşayırdı. Ümumiyyətlə, həm Sarıbaba, həm Muxtarkənd, həm də Şuşakəndə ermənilərin gəlişi çar Rusiyası zamanından başlayıb.
Şuşa ətrafında son günlər atəşkəs intensiv pozulurdu. Bu gün həmin ərazi ordumuzun nəzarətindədir. Sarıbababdan separatçılar ona görə çıxıblar ki, guya Azərbaycan ordusu tərəfindən onlara qarşı aqressiya göstərilib. Yəni səbəb 10 noyabr bəyanatının öhdəlikləri ilə bağlı deyil. Bundan əvvəl Ermənistanın eks-prezidenti Serj Sarkisyan Qarabağa səfər eləmiş, Xocavəndə gəlmişdi, məqsədi də guya orada yaşayan ermənilərə dəstək olmaq idi”.
Siyasi ekspert vəziyyətin Azərbaycanın xeyrinə olduğunu vurğulayıb:
“10 noyabr bəyanatında götürülən öhdəlikləri nə Ermənistan, nə də Rusiya yerinə yetirib. Buna görə də Azərbaycanın dövlət başçısı son müsahibəsində Rusiyaya sətraltı mesajlar verib xəbərdarlıq elədi. Bunun da kəndlərin boşaldılmasında müəyyən qədər rolu ola bilər”.
Teymur Qasımlı bildirib ki, Qarabağda separatçı silahlı qrupların olması haqqında müxtəlif versiyalar səslənir:
“Hazırda Qarabağda Köçəryan, Sarkisyan və daşnaklara bağlı qüvvələr var. Bir də müəyyən sayda keçmiş muzdlu qüvvələr. Onlar Yaxın Şərqdəki bəzi ölkələrdən gəliblər. Lakin Qarabağda Köçəryanla daşnakların sözü keçərlidir.
10 noyabr bəyanatı ilə Ermənistan silahlı qüvvələrini bölgədən çıxarmaq öhdəliyi götürüb. Bu gün Qarabağda təxminən 18-20 min silahlı var”.
Silah təchizatına gəldikdə isə siyasi analitik qeyd edib ki, erməni hərbi qüvvələrində konkret olaraq hansı kalibrli və tonajlı silahların olduğu bilinmir:
“Çox güman ki, hava hücumundan müdafiəyə aid silahları yoxdur. Müəyyən sayda topları və tankları ola bilər. Elə buna görə də Prezidentin dediyi kimi, Rusiya və Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etməli, sülhməramlılar məsuliyyətsizlik göstərməməlidir. Dağlıq Qarabağda atəşkəsin pozulması hallarının əsas səbəbi erməni qüvvələridir”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız