Qaradərililərin tabutla rəqs etdiyi video 1,04 milyon dollara satılıb.
Yenisabah.az xəbər verir ki, "mem"in NFT versiyasını Benyamin Aidu və Metyu Ordrik təqdim edib. Onlar orijinal videonu YouTube-da yayımlayıblar.
Hərracın təşkilatçıları tabut hazırlayanlar və Ukraynanın “Bads” agentliyi olub. Alınan pulun dörddə biri Ukrayna xeyriyyə fonduna veriləcək, eyni məbləğ agentliyin hesabına gedəcək. Videonun iştirakçıları pulun yarısını alacaqlar. Marqarita pizza
Qeyd edək ki, Coffin Dance 2020-ci ildə internetdə məşhurlaşıb. Benjamin Aidu da öz növbəsində videonun əsas aktyorlarından biridir.
Telegram kanalımız