Azərbaycan Tacikistanın axtarışa verdiyi şəxsi bu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Tacikistan Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Dördpendirli pizza
Dələduzluq əməllərinə görə axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız