Tahir Kərimli səs yazısını dinləyibmi? – “Öz ziyanıma susuram”

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli səs yazısını dinləyibmi? – “Öz ziyanıma susuram”

Siyasət

04 Avqust 2021 11:40 4361


Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunması haqda məsələ Milli Məclisdə müzakirə olunan zaman Tahir Kərimlinin çıxışı etirazla qarşılandı. Buna cavab olaraq Sahibə Qafarova bildirdi ki, ona 10 dəqiqəlik səs yazısını dinlədəcək.

İndi hər kəsi düşündürən sual budur ki, T. Kərimli həmin səs yazısını dinləyibmi?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında T. Kərimli həmin səs yazısına qulaq asıb-asmaması haqda konkret cavab verməyib: pizza mizza

“İcazə verin, bu məsələ ilə bağlı mən öz ziyanıma susum. Əslində, cavab verməyim yaxşıdır, amma istəyirəm susum”.

Tahir Kərimli dünən baş verənlərlə əlaqədar təəssüf hissi keçirdiyini vurğulayıb: “Mən çox təəssüf edirəm ki, yüzlərlə insan mənim o çıxışımdan sonra əleyhimə nəsə axtarmağa başlayıb. 

Bəziləri “Tahir qanunsuz barışıq təklif edir”,-deyir. Axı xəsarət yetirmə maddəsində də qanun barışığı nəzərdə tutur. Əgər, həqiqətən də, Eldəniz Səlimov şəxsi döyübsə, onların qanun baxımından da barışmaq imkanı var. Sən birinci bu barışığı təklif etməlisən”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!