Tahir Kərimlidən  “Zaporojets müxalifəti” bənzətməsi:  “Deyir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimlidən “Zaporojets müxalifəti” bənzətməsi: “Deyir ki...”

Siyasət

18 Oktyabr 2023 14:02 531


“ Bizə “avtobus müxalifəti” deyənlər “Zaporojets müxalifəti” olublar?”

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Vəhdt Partiyasının sədri Tahir Kərimli deyib.

O bildirib: “Vəhdət Partiyası mərkəzçi mövqeyindədir. Kimsə elan etməyib ki, müxalifətəm. Bizə “avtobus müxalifəti” adını verən “reyestr müxalifəti”dir. Biz avtobusla gedib Şuşanı ziyarət etdik, onlar isə özlərini və başqalarını Şuşa və azad olunmuş digər əraziləri ziyarətdən məhrum etdilər. Marqarita pizza

AXCP 10 il, Müsavat 5 il, AMİP 5 ildən çox parlamentdə oturanda onda onlar “avtobus” yox, lap “Zaporojets müxalifəti” olublar?”

T. Kərimli əlavə edib: "Hökumətin yaxşı işi olanda hökuməti, müxalifətin yaxşı işi olanda müxalifəti tərifləyirəm. Məsələn, ötən gün parlamentin iclasında iqtidar nümayəndəsi olan məmurun da nöqsanını demişəm. Üstəlik, mən partiyamı niyə buraxmalıyam ki? Bəyəm Vəhdət Partiyası xalqı aldadır?”

Deputat qeyd edib: “Reyestr müxalifəti”nin rəhbəri deyir ki, Rusiya Paşinyana görə Ermənistanı uduzdurdu. Yaxşı, sən də deyirsən ki, Rusiyanın düşməniyəm. Prezident də yerindən qalxdı, səni yerinə qoydu. Oturdun Prezidentin yerində, bu dəfə də Rusiya sənin adına Azərbaycanı uduzdurdu. Bəs onda necə olacaq? Sözün var, söz danış”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!