Taksi sürücüsü sərnişinin pul kisəsini oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüsü sərnişinin pul kisəsini oğurladı

Kriminal

02 Noyabr 2024 16:00 934


Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini oğurlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də gecə saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisində taksi sürücüsü sərnişinə məxsus içərisində 684 manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub. Toyuqlu pizza

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!