Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti mənimsəyən qadınlar həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti mənimsəyən qadınlar həbs olundu

Kriminal

01 May 2024 17:33 494


Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az APA-ya xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən Aynur Bayramova və Aysel Məmmədova barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət veriblər.

Daha sonra hakim Azad Məcidov qərarı elan edib. Qərara əsasən Aynur Bayramova barəsində vəsatət təmin olunub və onlar barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, o, məhkəmə zalında həbs edilib. pizza

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!