Tanınmış aparıcıya yüksək vəzifə verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aparıcıya yüksək vəzifə verildi - FOTO

Sosial

02 Oktyabr 2024 09:51 923


Tanınmış xəbər aparıcısı və telejurnalist Ariz Tarverdiyev “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinə yeni rəhbər təyin olunub.

Report xəbər verir ki, bu barədə dövlət şirkətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Əmr imzalayıb.

A.Tarverdiyev 2019-cu ildən “AzerGold”da Mətbuat katibi, Mətbuatla iş sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb. pizza mizza

Sözügedən departament QSC-nin ictimaiyyət və mətbuatla əlaqələr, yerli pərakəndə qiymətli metallar bazarında qızıl və gümüş sikkə, eyni zamanda külçələrin satışı və mübadiləsini, sosial layihələrin icrasını həyata keçirir.

A. Tarverdiyev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistratura pillələri üzrə ali təhsil alıb. "TRT Haber" və “Reuters” media şirkətində təcrübə keçib, 2011-ci ildən “ATV international” televiziya kanalında tərcüməçi və müxbir vəzifələrində çalışıb, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında müxbir, redaktor, aparıcı, layihə rəhbəri vəzifələrini icra edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!