Tarix yalnız mürəkkəblə yazılmır, həm də qanla yazılır...

saytların hazırlanması

Evə çatdırılma

Tarix yalnız mürəkkəblə yazılmır, həm də qanla yazılır...

Sosial

13 Avqust 2024 18:00 587


Tarix yalnız mürəkkəblə yazılmır. Tarix həm də qanla yazılır. Qanla yazılan tarix təkcə xronologiya olmur, həm də qəhrəmanlıq dastanı olur. Bu dastan igid vətən oğullarının ömür yolundan bəhs edir. 

Onlar təkcə tarix yaratmadılar, həm də tarix yazdılar. Qanları ilə, canları ilə bu tarixi yazdılar. 

Söhbət vətənin şəhid övladlarından gedir. Söhbət həyatın şirinini dadmadan, valideynlərinə, əzizlərinə bir ömür boyu unudulmayacaq acı miras qoyan qəhrəmanlarımızdan gedir.  Dominos pizza

Bu qəhrəmanlardan biri də Rəşad Zeyniyevdir. 19 illik ömürə böyük bir hekayə sıxışdırdı Rəşad...

Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub.

2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı, 2 metrliyində partlayan mərmi Rəşadın həyatına son qoyub. Doğulub boya-başa çatdığı Cəlilabad torpağında dəfn olunub. 

Döyüşlərdə göstəriyi qəhrəmanlıqlara görə, Vətən Uğrunda, Füzuli, Xocavənd və Şuşanın azad olunması üçün medalları ilə təltif edilib.

Ən böyük arzusu Azərbaycanın üçrəngli bayrağının Şuşada dalğalanması idi. Bu arzunun gerçək olması üçün canından keçdi Rəşad. 

Rahat uyu igid! 

İndi Şyşa azaddır. İndi Qarabağın dörd bir yanında üçrəngli bayrağımız dalğalanır. 

İndi azad Qarabağın səmasında həm də şəhidlərin azad ruhu dolaşır... 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!