“Tarqovı”ya maşınla giriş qadağan edildi 

saytların hazırlanması

Evə çatdırılma

“Tarqovı”ya maşınla giriş qadağan edildi 

Sosial

04 Mart 2024 14:41 454


Bakının mərkəzində yerləşən Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb. 

Yenisabah.az xəbər verir ki, bağın ətrafında avtomobillə dövrə vurmağa məhdudiyyət qoyulub. 

Bildirilir ki, Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Xaqani bağının (keçmiş Molokan bağı - red.) ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb, əraziyə dibçəklər qoyulub.  pizza sifarişi

"Avtosfer" saytı bildirir ki, maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər. Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!