Bakıda yaşayış binasının tavanı uçub.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən ikimərtəbəli yaşayış binasının son mərtəbəsində ümumi dəhliz tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb. Nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər dağıntıları aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər. pizza mizza
Hadisə zamanı xəsarət alan olmayıb.
Telegram kanalımız