Taylandda ölülərə sitayiş edənlərin lideri tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Taylandda ölülərə sitayiş edənlərin lideri tutuldu

Hadisə

10 May 2022 09:11 224


Taylandın şimal-şərqində polis meşədə yaşayan, özünü dini lider elan edən, ardıcılları cəsədlərə sitayiş edən və xəstəlik üçün dərman kimi bədənin ifrazatından istifadə edilən şəxsi həbs edib.

Yenisabah.az xəbər verir ki, polislər 75 yaşlı Tavi Nanranın Çaiyaphum əyalətindəki cəngəllikdə yerləşən evinə basqın ediblər. Saqqallı, ağ saçlı, yarılüt kişi maşına oturdularkən tərəfdarları qıy-qışqırıqla DİN əməkdaşlarına müqavimət göstəriblər.

Polis evin içərisində 11 cəsədin tapıldığını bildirib. İçində cəsədləri olan tabutlar evin hər yerinə səpələnmiş halda aşkarlanıb. Dominos pizza

Təriqətin davamçıları səlahiyyətlilərə başçısının sidiyi və bəlğəminin xəstəliklər üçün dərman olduğunu bildiriblər.

Taylandın əhalisinin əksəriyyəti buddistdir, lakin bir çoxları yerli bütpərəst dinlərə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!