Tehranda Azərbaycan tərəfinin də qatılacağı iclas keçiriləcək -   Nazir anons verdi

saytların hazırlanması

Evə çatdırılma

Tehranda Azərbaycan tərəfinin də qatılacağı iclas keçiriləcək - Nazir anons verdi

Siyasət

07 Oktyabr 2023 09:41 554


Tehranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə (ŞCBND) üzv dövlətlərin iclası keçiriləcək.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdada Bəzrpaş deyib.

Azərbaycan Respublikasına səfərinin nəticələrini şərh edən nazir 2022-ci ilin sentyabrında ŞCBND-nin inkişafı ilə bağlı Bakı bəyanatı kimi tanınan İran-Azərbaycan-Rusiya üçtərəfli bəyanatını xatırladıb. O bu sazişi hərtərəfli, məqsədyönlü və gələcəyə hesablanmış bir model adlandırıb: pizza sifarişi

"Bu bəyanat Şimal-Cənub dəhlizi ilə məhdudlaşmayaraq, hərtərəfli əməkdaşlığın inkişafına uyğun şəkildə tərəflərin potensialının artırılması, təşviqi və transformasiya fəaliyyətləri üçün vacib və əhəmiyyətli əsas sahələri əhatə edir".

M. Bəzrpaş İran-Hindistan-Rusiya üçtərəfli görüşünü nəzərə alaraq, Şimal-Cənub dəhlizinə üzv ölkələrin iclasını Tehranda keçirməyə hazır olduğunu bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!