Tehrandakı Azərbaycan səfirliyi tezliklə fəaliyyətini bərpa edəcək -   “Prezident söz verdi”

saytların hazırlanması

Evə çatdırılma

Tehrandakı Azərbaycan səfirliyi tezliklə fəaliyyətini bərpa edəcək - “Prezident söz verdi”

Siyasət

07 Oktyabr 2023 10:40 598


Prezidenti İlham Əliyev tezliklə Tehrandakı Azərbaycan səfirliyinin fəaliyyətini bərpa edəcəyinə söz verdi.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.

Azərbaycan Respublikasına səfəri barədə təssüratını bölüşən və Bakıda apardığı yüksək səviyyəli danışıqlara toxunan nazir bildirib: Dördpendirli pizza

"Söhbət zamanı keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlardan söz açıldı. Biz Azərbaycanın İrandakı səfirliyinin qısa zamanda açılmasını xahiş etdik və Azərbaycan prezidenti səfirliyin tezliklə fəaliyyətini bərpa edəcəyinə söz verdi".

Xatırladaq ki,  27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş verib.

İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarıb və səfirlik əməkdaşlara atəş açıb. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı 2 mühafizəçi yaralanıb.

İran məhkəmə-ədliyyə orqanları artıq sfirliyə hücumla bağlı cinayət işinin məhkəməyə göndərildiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!