Təhsil İdarəsi: Bakı məktəblərinə 2 mindən çox müəllim işə qəbul olunub

saytların hazırlanması

Evə çatdırılma

Təhsil İdarəsi: Bakı məktəblərinə 2 mindən çox müəllim işə qəbul olunub

Sosial

22 Dekabr 2023 10:21 579


2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 743 vakansiya təqdim olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Müsabiqələr nəticəsində il ərzində 2 258 nəfər işə qəbul olunub. Bunlardan 1 188 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 889 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 181 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub. Dominos pizza

Həmçinin il ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 485 ixtisaslı kadr dəvət edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!