Təhsil Nazirliyindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Təhsil Nazirliyindən açıqlama

Sosial

28 Avqust 2020 18:27 950


"Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlərə çatdırılması təmin olunmalıdır".

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ərazi maliyyə hesablaşma mərkəzlərinə ünvanladığı məktubda qeyd edilib. 

Məktubda bildirilib ki, dərsliklərin qəbulu və şagirdlərə paylanması xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət edilməklə (sosial məsafənin gözlənilməsi, kitabları təhvil verən və qəbul edən şəxslərin tibbi maskadan və əlcəklərdən istifadə etməsi, otaqları mütəmadi havalandırılması və s.) həyata keçirilməlidir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!