Tək bayraq altında müzakirə: Bu o deməkdir ki...

saytların hazırlanması

Evə çatdırılma

Tək bayraq altında müzakirə: Bu o deməkdir ki...

Siyasət

21 Sentyabr 2023 12:19 6399


Xəbər verdiyimiz kimi, hazırda Yevlax şəhərində Azərbaycan Prezident Adminstrasiyasının dəvətilə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. 

Yenisabah.az xəbər verir ki, sözügedən tədbir maraqlı nüanslarla diqqəti çəkir. 

Belə ki, ilk dəfədir görüş yalnız Azərbaycan bayrağı altında keçirilir. Əgər əvvəlki görüşlərdə salonda Rusiya və Ermənistan bayraqları olurdusa, Yevlax görüşündə buna ehtiyac duyulmayıb.  Marqarita pizza

Digər maraqlı məqam isə görüşün digər vasitəçilərin iştirakı olmadan keçirilməsidir. Azərbaycan Qarabağın erməni sakinləri ilə ilk dəfədir ki, Rusiya nümayəndələrinin iştirakı olmadan bir araya gəlib. Görüşün Azərbaycanın təklif etdiyi məkanda keçirilməsi, rəsmi İrəvanın təşkilati məsələlərdən tamamilə kənarda qalması da digər mühüm yenilik kimi qiymətləndirilə bilər. 

Yevlax görüşünün bu şərtlər altında keçirilməsi o deməkdir ki, Qarabağ məsələsində bundan sonra yeganə söz sahibi Azərbaycan olacaq. 

Bakı bütün şərtləri diktə edən tək tərəfdir...

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!