Tələbələrə şad xəbər:   Bu tarixdən təqaüdlər artırılır

saytların hazırlanması

Evə çatdırılma

Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır

Sosial

15 Oktyabr 2024 09:51 11358


Gələn ilin əvvəlindən tələbə təqaüdlərinin artırılacağı gözlənilir.

“Yeni Sabah” Xəzər TV-yə istinadən bildirir ki, "Təhsil haqqında" Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir. Lakin tələbələr bildirirlər ki, təyin edilən təqaüdün məbləği kirayə, nəqliyyat, eyni zamanda tədris üçün lazım olan ləvazimatların xərclərini ödəmir. Bu səbəbdən də bəzi tələbələr dərsdən sonra işləməyə məcbur olurlar. 

pizza

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, təqaüdlər tələbənin minimum ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulub. O, eyni zamanda, ümumi təhsil prosesinin inkişafı üçün dövlət tərəfindən tələbə təqaüd krediti fondlarının və dövlət hesabına təhsil alan tələbələrin sayının artdığını da bildirib.

Deputat, həmçinin bəzi tələbələrin digər ölkələrlə müqayisədə Azərbaycanda tələbə təqaüdlərinin az olması fikrinə də aydınlıq gətirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!