“Təmas xəttində hərbi qüvvələr döyüşə hazır vəziyyətdə üz-üzə dayanıb” - Paşinyan 

saytların hazırlanması

Evə çatdırılma

“Təmas xəttində hərbi qüvvələr döyüşə hazır vəziyyətdə üz-üzə dayanıb” - Paşinyan 

Siyasət

13 Sentyabr 2023 18:31 9069


Avropa İttifaqına bağlı olan “politico.eu” saytında gedən “We can’t rely on Russia to protect us anymore, Armenian PM says Once one of the Kremlin’s closest allies, Armenia is now conducting joint drills with US soldiers” (Ermənistanın baş naziri deyir ki, biz artıq müdafiəmizlə bağlı Rusiyaya arxalana bilmərik. Bir vaxtlar Kremlin ən yaxın müttəfiqlərindən biri olan Ermənistan indi ABŞ əsgərləri ilə birgə təlim keçir) adlı məqaləsində maraqlı məqamlar var.

Ən maraqlısı isə odur ki, Paşinyan bildirir ki, təmas xəttində hər iki ölkənin hərbi qüvvələri döyüşə hazır vəziyyətdə üz-üzə dayanıb. Sayt yazır: “Son günlər baş verən toqquşmalar fonunda həm Azərbaycan, həm də Ermənistan qoşunları ümumi sərhəd boyu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, Avropa İttifaqının mülki monitorinq missiyası isə sərhəddə “artan gərginlik və çarpaz atəş” barədə məlumat verib. Paşinyanın sözlərinə görə, “eskalasiya ssenarisini istisna etmək mümkün deyil”, lakin “ön xəttə gətirilmiş qüvvələr öz bazalarına qayıtmalıdır. Ermənistan buna hazırdır””.

Xatırladaq ki, bu günlərdə Nikol Paşinyan bir çox siyasi liderə zəng vuraraq İlham Əliyevlə təcili danışıqlar aparmaq istədiyini bildirmişdi. Nədənsə bu danışıqların perspektivi barədə elə bir məlumat yoxdur. pizza hut

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!