“Terrora-terror, minaya-mina, yumruğa-yumruqla cavab verməliyik” 

saytların hazırlanması

Evə çatdırılma

“Terrora-terror, minaya-mina, yumruğa-yumruqla cavab verməliyik” 

Siyasət

09 İyun 2021 11:55 742


“İlk olaraq anlamalıyıq ki, Qarabağda savaşın aktiv fazası bitsə də, ərazinin təmizlənməsi, insanların yerləşməsi məsələsini həll etməmişik. Bu da mina və digər amillərlə bağlıdır”.

"Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, Qarabağda separatçı qüvvələr qalırsa, deməli hər zaman təxribatlar gözləniləndir. 

Digər tərəfdən, sərhədləri də addım-addım bağlamaqla məşğuluq və bu, Ermənistan tərəfindən ölkəmizə sızan qüvvələrin qarşısının alınması üçün vacib şərtdir: “Düzənlik ərazilərdə minaların təmizlənməsi daha rahat şəkildə həyata keçirilir. Dağlıq ərazilərdə isə gərək hər daşın altını axtarıb təhlükəsizliyi təmin edəsən. Ermənilər oradan çıxarkən minalar basdırıblar, elə sonrakı dövrdə də gəlib mina yerləşdirmələri mümkündür. Burada birinci məsələ ərazini minadan təmizləməkdirsə, ikincisi, bu prosesi Ermənistanın öz ərazisinə keçirməkdir. Pepperoni pizza

Bunun üçün Azərbaycanın Türkiyədə olduğu kimi insanların köçürülməsindən əvvəl “kənd qoruyucuları” statusunda hazırlıqlı və bu əraziləri qoruyacaq adamları həmin ərazilərə yerləşdirməsi lazımdır.

İkincisi, bu əraziləri tanıyan insanların əks addımları atmasına imkan yaratmaq lazımdır.

Əgər ermənilər bunu tendensiyaya çevirirsə, biz də onların ərazisində eyni şeyi etməliyik. Onlar da görməli və anlamalıdırlar ki, hər hansı şəkildə bizə vurduqları zərəri onların özləri və əraziləri də yaşayacaq. Bu, olduqca vacib amillərdən biridir. Əks təqdirdə, ermənilər bu prosesi dayandırmayacaq. 

Biz də hansı minanın hara basdırıldığını müəyyən edə bilməyəcəyik. Odur ki, bu problemi ermənilərin yaşadığı ərazilərə köçürməliyik.

Bu, açıq formada edilmir ki... Ermənilər bunu açıq formada etmirlər. Onlar kimi biz də qapalı şəkildə bu fəaliyyəti gücləndirməliyik. Qarşı tərəfin də öz ərazilərinə tam nəzarət etmək imkanı yoxur. Öncədən orada sərhəd infrastrukturu qurulmayıb. Digər tərəfdən, ermənilər bunu konkret hərbçilərin yox, ayrı-ayrı mülki şəxslərin əli ilə edirlər. Belədə çox zaman kimlərisə müəyyən etmək, tutmaq mümkün deyil. Heç minaların hara basdırıldığını da bilmək olmur. Odur ki, biz də eyni problemi Ermənistana yaşatmalıyıq. Terrora-terror, minaya-mina, yumruğa-yumruqla cavab verməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!