“Terrorçulara göz açmağa imkan vermirik” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Terrorçulara göz açmağa imkan vermirik” - Ərdoğan

Siyasət

11 Oktyabr 2023 14:31 330


"İraq və Suriyanın şimalında terrorçulara göz açmağa imkan vermirik”. 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki fraksiyasının toplantısında bildirib. 

Prezident deyib ki, Ankara terrorla mübarizəni qətiyyətlə davam etdirəcək: “Bu məsələdə qarşımıza çıxanların da cavabını verəcəyimizə heç kimin şübhəsi olmasın. Türkiyə müttəfiq olduğu hər dövlətin hüquq və haqqına hörmətlə yanaşır. Onlardan da Türkiyəyə münasibətdə bunu gözləyirik. Biz səmimiyyətlə müttəfiqlərimizlə birgə fəaliyyət göstərmək istəyirik. Biz min illərdir bu torpaqlarda qurban verib yaşayırıq. Türkiyə etnik, dini və məzhəb toqquşmaları bölgəsində yerləşir”.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!